Paşinyan və Pezeşkian bir arada – FOTObackend

Paşinyan və Pezeşkian bir arada - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Görüş zamanı Pezeşkian İran İslam Respublikasının mürəkkəb şəraitdə Ermənstan hökumətinin İrana münasibətdə nümayiş etdirdiyi mövqeyi və göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

İran prezidenti iki ölkə arasında münasibətlərin ardıcıl şəkildə inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Tərəflər regional əhəmiyyət daşıyan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə sülhün, sabitliyin və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımların davamlı şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*