Gələn il pensiyalar nə qədər arta bilər? – Faiz açıqlandıbackend

Gələn il pensiyalar nə qədər arta bilər? – Faiz açıqlandı

Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qanunvericilik çərçivəsində pensiyaların artırılması müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir və inflyasiya göstəricisi indeksləşdirmə zamanı əsas meyar hesab olunmur.

Dövlət satınalmalarının 30%-nin icra olunmaması çox böyük rəqəmdir” - Xalid  Kərimli

 “Pensiyaların artırılması mümkündür, lakin bu, qanunvericilikdə müəyyən olunmuş mexanizm əsasında həyata keçirilir. Hazırda işləyən şəxslərin orta aylıq əməkhaqqında təxminən 6,2 faizlik artım müşahidə olunur. Əgər ilin sonuna qədər bu dinamika qorunarsa, gələn il pensiyalar da təxminən həmin faiz qədər artırılacaq”, – deyə iqtisadçı vurğulayıb.

Xalid Kərimli qeyd edib ki, inflyasiya səviyyəsi və yaşayış minimumundakı dəyişikliklər pensiyaların indeksləşdirilməsi zamanı birbaşa nəzərə alınmır.

“Qanuna görə, pensiyaların artırılması inflyasiya göstəricisinə deyil, əvvəlki ildə muzdlu işləyən şəxslərin orta aylıq əməkhaqqının artım tempinə əsaslanır. Hazırda qüvvədə olan mexanizm budur”, – deyə o, əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*