ABŞ-da qasırğa zamanı 19 nəfər ÖLDÜbackend

ABŞ-da qasırğa zamanı 19 nəfər ÖLDÜ

ABŞ-ın şərq sahillərini vuran “İan” qasırğası Florida ştatında ən azı 19 nəfərin həyatına son qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Bildirilir ki, bu gün qasırğa Cənubi Karolinaya çatacaq. Sinoptiklər fırtınalı külək və daşqın olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden sentyabrın 24-də Floridada fövqəladə vəziyyət elan edib. Qasırğa sentyabrın 29-na kimi ştatda 2,6 milyondan çox ev və iş yerlərini işıqsız qoyub.

ABŞ-ın Qasırğalara Nəzarət Mərkəzi küləyin sürətinin 169 km/saata çatdığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*