ABŞ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir – Blinkenbackend

ABŞ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir - Blinken

ABŞ Ermənistanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir və hamının hüquqlarına hörmət edildiyi Cənubi Qafqaz regionunda davamlı sülhün təmin edilməsinə sadiq qalır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda bildirilir.

ABŞ adından Müstəqillik Günü münasibətilə Ermənistan xalqına ən xoş arzularımı göndərirəm.

“Ermənistan 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edərkən azadlıq və öz müqəddəratını təyinetmə yoluna qədəm qoydu. O vaxtdan biz sizin demokratik dəyərlərə, insan hüquqlarının inkişafı və möhkəmlənməsinə, qanunun aliliyinə, iqtisadiyyata və ədalətə sadiqliyinizi gördük.

Biz bundan sonra da erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləyəcəyik.ABŞ Ermənistanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir və hamının hüquqlarına hörmət edildiyi Cənubi Qafqaz regionunda davamlı sülhün təmin edilməsinə sadiq qalır.

Ümid edirik ki, ikitərəfli əlaqələrimizi və iqtisadi əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Erməni xalqına firavan və dinc bir il arzulayıram”, – məktubda deyilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*