Paşinyan narahat deyil, amma… – Medvedevdən xəbərdarlıqbackend

Paşinyan narahat deyil, amma… – Medvedevdən xəbərdarlıq

“Ermənistanla Rusiya arasında uzun illər formalaşmış münasibətlərin pozulması ölkə vətəndaşları üçün ciddi nəticələr doğura bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O bildirib ki, onilliklər ərzində qurulan əlaqələrin qırılmasının sadə erməni vətəndaşlarına mənfi təsirləri Ermənistan rəhbərliyini narahat etmir:

“Hazırkı Ermənistan hakimiyyəti xarici siyasətdəki ambisiyalarını ölkənin milli maraqlarından üstün tutur.

Qərb Ermənistanı ilk növbədə Rusiya ilə qarşıdurmada istifadə ediləcək alət kimi görür və respublikadakı daxili siyasi balansı dəyişməyə çalışır”.//Globalinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*