Əmlak alqı-satqısında YENİ MEXANİZM – VİDEObackend

Əmlak alqı-satqısında YENİ MEXANİZM - VİDEO

Əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər.

KONKRET.az xəbər verir ki, Qiymətləndiricilər Palatasının təklifinə əsasən, qiymətinin bazar reallığından xeyli yuxarı və ya aşağı göstərildiyi şübhə doğuran kommersiya obyektləri üzrə sənədlər notariuslar tərəfindən qiymətləndirilməyə göndərilsin.

Ekspert Vüqar Oruc bildirib ki, icbari qiymətləndirmə sırf inzibati və nəzarət xarakterli bir alət olduğu üçün qiymət artımına və ya azalmasına birbaşa rəvac verməyəcək. Çünki, azad bazar iqtisadiyyatında qiymətləri formalaşdıran amillər tamamilə fərqlidir.

Bir çox xarici ölkələrdə uğurla sınaqdan çıxmış bu sistemin Azərbaycanda tam tətbiq olunması üçün isə ilk növbədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməlidir. bu istiqamətdə Ədliyyə Nazirliyi ilə müzakirələr aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*