Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilirlər.
Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüat araşdırılır.
