ABŞ İranın şirkətlərinə və fiziki şəxslərinə sanksiya tətbiq etdibackend

ABŞ İranın şirkətlərinə və fiziki şəxslərinə sanksiya tətbiq etdi

ABŞ zəruri infrastruktur obyektlərinə kiberhücumlarda iştirak etdiyi iddia olunan İranın iki şirkətinə və bu ölkədən olan dörd şəxsə qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətini məlumat yayıb.

Sənəddə deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun kiber komandanlığının rəhbəri də daxil olmaqla iki şirkət və dörd fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ Maliyyə Nazirliyi, onların Amerikanın 10-dan çox şirkətinə və dövlət qurumuna zərər vuran zərərli kiberaktivlikdə iştirakını iddia edir.

Öz növbəsində ABŞ Dövlət Departamenti bildirib ki, iddia edilən kiberhücumların məqsədləri üçüncü ölkələrdək şirkətlər də olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*