ABŞ müttəfiqlərinin Ukrayna üçün daha çox silah almasını gözləyir.
KONKRET.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset NATO baş katibi Rutte ilə Brüsseldə keçirdiyi görüşdə deyib.
“Ümid edirik ki, Ukraynanı təchiz etmək və bu münaqişəni sona çatdırmaq üçün ölkələr PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) təşəbbüsünə daha çox ianə verəcək. Düşünürəm ki, dünya bizim sülhə sadiq olan, ABŞ-ın yanında olan və sülh tərəfdarı olanları dəstəkləyən bir sülh prezidentimizin olduğunu görür. Biz orada gördük. Və ümid edirəm ki, Ukraynada da eyni səyləri görə bilərik”, – Heqset bildirb.