İranlı siyasi fəal İstanbulda öldürüldübackend

İranlı siyasi fəal İstanbulda öldürüldü

İran hökumətinə müxalif siyasi fəal Məsud Nəzəri Türkiyənin İstanbul şəhərində yaşadığı evin qarşısında naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

KONKRET.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Onun ailəsinə istinadən bildirilib ki, 10 ildir Türkiyədə yaşayan Nəzəri bir neçə dəfə İran təhlükəsizlik məmurları tərəfindən təhdid edilmişdi. Milliyyətcə kürd olan Məsud Nəzəri İran hökumətinin sünni məzhəbli vətəndaşlara qarşı ayrı-seçkilik siyasətlərinin tənqidçilərindən biri sayılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*