Natiq Məmmədl: “Süni intellekt jurnalistikaya əhəmiyyətli dərəcədə təsir göstərir”backend

Natiq Məmmədl: "Süni intellekt jurnalistikaya əhəmiyyətli dərəcədə təsir göstərir"

“Süni intellekt jurnalistikaya əhəmiyyətli dərəcədə təsir göstərir. Biz hələ də ənənəvi formada yazılar hazırlaya bilərik, lakin bu yanaşma hər kəsə eyni təsiri göstərmir”.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bunu “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda keçirilən panel sessiyasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

O qeyd edib ki, MEDİA ildə iki dəfə müsabiqə təşkil edir və bu müsabiqələrdə Qarabağın dirçəlişi prioritet mövzu kimi müəyyənləşdirilib:

“Hazırda Qarabağın dirçəlişi mövzusu mediamızın əsas istiqamətlərindən biridir. “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” adlı panelin keçirilməsi təsadüfi deyil. Qarabağ haqqında danışarkən, biz əslində, bir möcüzədən bəhs edirik. Bu, Azərbaycan xalqının tarixi arzusunun gerçəkləşməsi deməkdir. Qarabağda Azərbaycanın yeni inkişaf mərhələsinin təməli qoyulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*