ABŞ ukraynalı pilotların “F-16″larda təlim keçməsinə İCAZƏ VERMİRbackend

ABŞ ukraynalı pilotların "F-16"larda təlim keçməsinə İCAZƏ VERMİR

ABŞ təyyarələri Kiyevə köçürmək istəmədiyi üçün ukraynalı pilotların Avropa ölkələrinə məxsus “F-16” qırıcılarında təlim keçməsinə icazə verilmir.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın icazəsi olmadan pilot təlimi çox güman ki, texniki bazanın öyrənilməsi ilə məhdudlaşacaq.

ABŞ rəsmisinin sözlərinə görə, Co Baydenin administrasiyası “F-16″ları Ukraynaya göndərmək istəmir, çünki bu, hərbi büdcədən çox pul alacaq.

Məlumata görə, bir gün əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Amerikanın “F-16” qırıcıları ilə bağlı yeni təfərrüatlar verməyə hələ hazır olmadığını bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti ölkənin 180-ə yaxın döyüş təyyarəsinə ehtiyacı olduğunu bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*