ABŞ Ukraynaya ŞƏRT QOYDU: “Kiyevə yalnız bu halda  silah verəcəyik”backend

ABŞ Ukraynaya ŞƏRT QOYDU: "Kiyevə yalnız bu halda silah verəcəyik"

Ağ Ev Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsini dəstəkləmədiyini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. O bildirib ki, ABŞ administrasiyası Ukraynanın Rusiya ərazilərinə zərbələr endirməsini dəstəkləmir.

ABŞ-ın Kiyevə “F-16” qırıcılarını tədarük etdiyini deyən Sallivan, bunun Rusiya ərazisinə hücum üçün nəzərdə tutulmadığını vurğulayıb. O qeyd edib ki, Vaşinqton Rusiya ərazisinə hücumlara icazə vermir və yalnız bu şərt daxilində Ukraynanı silahla təmin edir:

“Ukrayna ardıcıl olaraq bu tələblərə əməl etməyə hazır olduğunu bəyan edib”, – deyə ABŞ prezidentinin köməkçisi vurğulayıb.

Ağ Ev bir müddət öncə bildirib ki, ABŞ yaxın vaxtlarda müttəfiqləri ilə Ukrayna Silahlı Qüvvələrinə hansı dövlətlərin təyyarələrin tədarük olunacağını müzakirə edəcək. ABŞ prezidenti Co Baydenin G7 sammitində Kiyevə yeni hərbi yardım paketini açıqlayacağı da planlaşdırılır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*