Aİ xarici işlər nazirləri Ermənistan və Azərbaycan münasibətlərini müzakirə edəcəklərbackend

Aİ xarici işlər nazirləri Ermənistan və Azərbaycan münasibətlərini müzakirə edəcəklər

Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin sədrliyi ilə Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.

KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqının xarici işlər nazirləri Ukraynadakı vəziyyəti, Ermənistan və Azərbaycan ətrafında baş verən son hadisələri müzakirə edəcəklər.

Daha sonra Şurada İsrail və regiondakı vəziyyət, iqtisadi təhlükəsizliyin xarici siyasət ölçüsü ilə bağlı fikir mübadiləsi aparılacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*