Yaddaşı gücləndirən təbii vasitə — Qoxusu belə…backend

Yaddaşı gücləndirən təbii vasitə — Qoxusu belə...

Unutqanlıq, diqqət dağınıqlığı və zehni yorğunluq kimi problemlərlə mübarizədə rozmarinin faydalı ola biləcəyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, araşdırmalara görə, bu bitkinin tərkibində olan karnosik turşu beyin hüceyrələrinin qocalma prosesini ləngitməyə və sinir sisteminin fəaliyyətini dəstəkləməyə kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, rozmarin yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan asetilxolin adlı sinir ötürücüsünün parçalanmasını yavaşıda bilər. Bu xüsusiyyət məlumatların daha asan xatırlanmasına və zehni fəaliyyətin yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Bitkinin tərkibindəki 1,8-sineol adlı uçucu maddənin isə diqqətin cəmlənməsinə və konsentrasiyanın artmasına kömək etdiyi bildirilir. Bu səbəbdən rozmarinin qoxusunun belə zehni aktivləşdirə biləcəyi vurğulanır.

Mütəxəssislər rozmarinin gündəlik qidalanmada müxtəlif formalarda istifadə oluna biləcəyini bildirirlər. Onu yeməklərə əlavə etmək, zeytun yağında dəmləmək və ya bitki çayı kimi qəbul etmək tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*