Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi “BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olan zaman piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.
Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
