Bu gün Bakının Binəqədi rayonunun bəzi küçə və yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
