Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olundubackend

Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olundu

Almaniya parlament cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Almaniya parlament cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-in iştirakı ilə maraqlı müzakirə keçirilib:

“Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*