Pakistan Xarici İşlər Nazirliyi Talibanla 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, atəşkəs bu gün yerli vaxtla saat 18:00-da qüvvəyə minib.
“Bu müddət ərzində hər iki tərəf problemlərin davamlı və müsbət həllinin tapılmasına yönəlmiş konstruktiv dialoq aparmaq niyyətindədir”, – Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Hazırda tərəflər arasında gərginliyin azaldılması istiqamətində diplomatik səylərin davam etdiyi bildirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
