Amerikalı iş adamı “Everton” klubunu 430 milyon dollara ala bilərbackend

Amerikalı iş adamı "Everton" klubunu 430 milyon dollara ala bilər

İngiltərənin “Everton” klubunun sahibi Fərhad Moşiri klubun amerikalı iş adamı Matsek Kaminskiyə satılması ilə bağlı ilkin danışıqlar aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, sövdələşmə təxminən 400 milyon funt-sterlinq (430 milyon dollar) təşkil edə bilər.

Mənbələrə görə, Moşiri ilə investor arasında danışıqlar son günlərdə irəliləyib. Müqaviləni İngiltərə Premyer Liqası təsdiqləməlidir.

Qeyd edək ki, Kaminski 1960-cı illərin sonunda Polşadan ABŞ-a mühacirət edib və daşınmaz əmlaka sərmayə qoymazdan əvvəl broker firmalarında investisiya məsləhətçisi kimi çalışıb.

Fərhad Moşiri isə ilk dəfə 2016-cı ildə “Everton”a sərmayə qoyub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*