“İlk postsovet münaqişəsində Rusiyanın köməyi ilə uğur qazanan Ermənistan əldə etdiyi nailiyyətlərlə kifayətlənməməli və hərbi quruculuqla məşğul olmağa üstünlük verməli idi”.
KONKRET.az xəbər verir ki, bunu politoloq Andrey Areşev erməni mediasına müsahibəsində vurğulayıb.
O bildirib ki, hərbi və dövlət quruculuğu fərqli şəkildə həyata keçirilməli idi: “Azərbaycan bu onilliklər ərzində və indiki mərhələdə qeyd-şərtsiz uğur və səmərəlilik nümayiş etdirdi. Bunu etiraf etmək və müvafiq nəticələr çıxarmaq lazımdır”.
Natiq Səlim,
KONKRET.az
