Artur Atayev: “Rusiya Qafqazdan getməyəcək”backend

Artur Atayev: "Rusiya Qafqazdan getməyəcək"

“Rusiya Qafqaz regionu ilə birbaşa əlaqəli olan ən böyük dövlətdir. Ona görə də Vladimir Putin həm geosiyasətə, həm də coğrafiyaya diqqət yetirir. Yəni Birinci Aleksandr və Birinci Nikolayın dövründən bəri o, yeni heç nə deməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Artur Atayev bildirib. Onun sözlərinə görə, Avropa elitasının hansısa yolla Zaqafqaziyada böyük münaqişələrin həllində iştirak etmək istəyinə baxmayaraq, onların bu məsələdə nə diplomatik potensialı, nə də təcrübəsi var. Keçmiş elita gedib, indiki Avropa siyasi elitasının çoxlu daxili problemləri və ziddiyyətli siyasi vektorları var. Ona görə də Putin real diplomatik konturları olan mesajı bəyan edir. Rusiya Xarici İşlər Nazirliyində vasitəçi kimi çıxış edə bilən və Zaqafqaziyada Qərbə alternativ olan siyasi vektor həyata keçirə bilən mütəxəssislər var”, – Atayev bildirib.

“Görün, münasibətlərin soyumasına baxmayaraq, Putin son vaxtlar Əliyev və Ermənistanın indiki siyasi elitası ilə neçə dəfə görüşüb. Bu, obyektiv reallıqdır. Belə ciddi iqtisadi əməkdaşlığın olduğu yerdə Rusiya maraqlıdır ki, siyasi və iqtisadi tərəfdaşları olan Azərbaycan və Ermənistan bir-birilərilə ən azı sərt, aqressiv və hərbi qarşıdurma şəraitində olmasın”, – deyə Atayev fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*