İranın nümayəndə heyəti İsveçrəyə yola düşdübackend

İranın nümayəndə heyəti İsveçrəyə yola düşdü

İranın “Minab 168” adlı nümayəndə heyəti ABŞ ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrənin Sürix şəhərinə yola düşüb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, IRIB-in yaydığı məlumata əsasən, nümayəndə heyətinin tərkibinə parlament sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai və digər rəsmilər daxildir.

İsmayıl Bəqai bildirib ki, səfərin əsas məqsədi qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarət etməkdir.

“Qarşı tərəfin öhdəlikləri pozması ilə bağlı əvvəlki təcrübələri nəzərə alaraq, biz onların razılaşmanın şərtlərinə ciddi şəkildə əməl etməsini tələb etməliyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları zamanı ümumilikdə 281 şagird və müəllim həlak olub. Həlak olanlardan 168 nəfəri Minab şəhərində yerləşən qızlar məktəbinin bombalanması nəticəsində həyatını itirib. İran nümayəndə heyətinin “Minab 168” adlandırılması həmin hadisənin və hərbi cinayətlərin xatırladılması məqsədi daşıdığı kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*