Oktyabrın 1-də Astanada L. N. Qumilyov adına Avrasiya Milli Universitetində IV “Endowment fondunun idarə edilməsində rəqəmsallaşma və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq ianə forumu keçirilib.
Dövlət başçısı Kasım-Comart Tokayev hələ 2023-cü ildə xalqa müraciətində bildirmişdi ki, universitetlərdə ianə fondları təhsil ekosisteminin inkişafında əsas halqaya çevrilməlidir. Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının Elm və Təhsil Naziri Sayasat Nurbek qeyd edib ki, bu cür tədbirlər Qazaxıstanda təhsilin inkişafına töhfə verəcək. Digər çıxışçılar – xarici universitetlərin, eləcə də ölkənin aparıcı universitetlərinin təmsilçiləri , ictimaiyyət nümayəndələri də ali təhsil müəssisələrində ianə fondlarının işinin təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər.
Təşkilatçılar bildirib ki, forumun məqsədi ianə fondlarının idarə olunmasında rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqini müzakirə etmək üçün ekspertləri, alimləri bir araya gətirməkdir. Daha sonra bildrilib ki, beynəlxalq forumun keçirilməsi artıq ənənə halını alıb və bu da öz növbəsində vəsaitlərin səmərəliliyinə öz töhfəsini verir.
KONKRET.az