Polşa Prezidenti Karol Navroçki Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, video bəyanatında bildirib.
Polşa rəsmisi izah edib ki, prezident bu ali dövlət təltifinin şərəfini qorumağa borcludur.
“Ukrayna Silahlı Qüvvələrinin bölməsinə “UPA qəhrəmanları” adının verilməsini təsdiqlədikdən sonra Şura ilə məsləhətləşərək, Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmək qərarına gəldim”, – deyə vurğulayıb.\\qafqazinfo.az
