Azərbaycan Qarabağla bağlı danışıqlarda konstruktiv mövqe nümayiş etdirir – Artak Zakaryanbackend

Azərbaycan Qarabağla bağlı danışıqlarda konstruktiv mövqe nümayiş etdirir - Artak Zakaryan

“Siyasi proseslərdə, xüsusilə Qarabağla bağlı məsuliyyətsiz, diqqətsiz bəyanatlar görürük”. KONKRET.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, “Ermənistanın yürütdüyü siyasətlə əlaqədar beynəlxalq ictimaiyyət arasında tədricən bəzi şübhələrə səbəb olan bir siyasi prosesi görürük”.

Artak Zakaryan bildirib ki, Qarabağla bağlı danışıqlar prosesi sona çatır, amma bu, hətta Azərbaycan üçün də anlaşılmazdır.

Buna baxmayaraq Azərbaycan dağıdıcı yanaşmadan konstruktiv, Ermənistan isə danışıqlarda destruktiv mövqe tutur:

“Beynəlxalq birlik artıq Azərbaycanın hərəkətlərini konstruktiv qəbul edir. Ermənistanın təklifləri yavaş-yavaş rədd edilir və mümkünsüz hesab olunur”.

Erməni siyasi şərhçisi deyib ki, “Ermənistan məlum olmayan 3 prinsipdən danışıb. Bu prinsiplərə görə, münaqişə Azərbaycan, Ermənistan və Qarabağ “xalqı”nın maraqlarına uyğun həll edilməlidir. Lakin hakimiyyət belə bir anlaşılmaz prinsip irəli sürməklə danışıqları dalana dirəyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*