Rusiyada ürküdücü hadisə: Göldə üzən tabutlar – VİDEObackend

Rusiyada ürküdücü hadisə: Göldə üzən tabutlar - VİDEO

Rusiyanın Saransk şəhərində (Mordoviya Respublikasının paytaxtı) qəribə və eyni zamanda ürküdücü hadisə baş verib.

KONKRET.az xəbər verir ki, meşədəki gölün kənarında gəzən sakinlər sahilə yaxın suda üzən tabutlarla qarşılaşıblar. Hakimiyyət orqanları tabutları açmağa qərar veriblər. Lakin tabutlar boş olub və içində heç nə olmayıb. Təhlükə yaratmasalar belə, hər ehtimala qarşı tabutların utilizə edilməsinə qərar verilib.

Qeyd edək ki, Mordoviya da digər regionlar kimi aprel ayında su altında qalıb. Bu tabutların daşqın nəticəsində üzə çıxaraq suya qarışıb-qarışmadığını yalnız təxmin etmək qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*