Qadın onu lüt soyunduran polisləri məhkəməyə verdi – Taylanddabackend

Qadın onu lüt soyunduran polisləri məhkəməyə verdi - Taylandda

Taylandlı bir qadın polisləri məhkəməyə verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb polisin onun üzərindən qeyri-əxlaqi axtarışları olub. Belə ki, qadından şübhələnən polis əməkdaşları onun üzərində narkotik maddələrin olduğunu ehtimal edib. Qərara gəlinib ki, onun üzərində axtarış aparılsın.

Qadın məhkəmədə bildirib ki, o, üzərində narkotik maddə daşımadığını bildirsə də, polislər onu lüt soyundurub və hər yerinə baxış keçirməyə cəhd edib.

“The Thaiger” nəşrinin məlumatına görə, Puk adlı 61 yaşlı qadının yaşadığı evə 15 polis əməkdaşı gəlib.

Məhkəmə müəyyən edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları taylandlı qadını və çantasını yoxlayıblar, lakin axtarış heç bir nəticə verməyib. Axtarış zamanı qadında narkotik maddə aşkar edilməyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*