Zaqatalada pomidor turşusundan zəhərlənən şəxs xəstəxanada vəfat etdibackend

Zaqatalada pomidor turşusundan zəhərlənən şəxs xəstəxanada vəfat etdi

Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, 1963-cü il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M. Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-ü pomidor turşusundan zəhərlənmişdilər.

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

25 yaşlı M. Ramazanovun müalicəsi isə Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*