“Azərbaycan və Ukraynada mina partlayışları nəticəsində uşaqlar ölməkdə davam edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Moldovanın “Ziarulnational” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Ukraynada müharibə başlayandan bəri minalardan 6-sı uşaq olmaqla, 124 nəfər həlak olub. Azərbaycanda isə 2020-ci ilin noyabr ayından 300-ə yaxın vətəndaş mina qurbanı olub. Onların da 9-u uşaq və yeniyetmədir.
Məqalədə Ukrayna və Azərbaycanda mina partlayışları nəticəsində həlak olan iki oğlanın – Daniil və Qismətin hekayələrindən də bəhs edilir.Nəşr qeyd edir ki, əraziləri minalardan tam təmizləmək üçün Azərbaycan və Ukraynaya təxminən 30 il vaxt lazımdır.
Ayan
KONKRET.az
