Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏRbackend

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

İnternetin qiyməti qalxandan sonra, yəni aylıq ödəniş 25 manat olandan sonra abunəçilərə 100 Mbit/s -nin təklif ediləcəyi bildirilsə də, internetin sürəti deyiləndən aşağıdır. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə müştərilər “Aztelekom”  və  “Baktelecom”dan şikayətçi olduqlarını bildiriblər.

KONKRET.az xəbər verir ki,məsələ ilə bağlı referans.az-ın sorğusuna cavab verən “Aztelekom”un məlumatında bildirilib ki, internet xidmətinin təminatı istiqamətində hazırda kütləvi nasazlıq müşahidə olunmur. İnternetin sürətində yaranan problemlər fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi səbəbindən ola bilər:

“Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır”.

Açıqlamada bildirilib ki, internetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur:

“Həmin səbəblər aşağıdakılardır:

Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.

Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq”.

Sonda abunəçilərin nəzərinə çatdırılıb ki, yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

  • Alı
    Sentyabr 4, 2024 - 17:38

    Salam millət, bizdə Azəronlayın abunəyik 25azn yükləmişik bizdə hələdə sürət yoxdur, belə çıxırki bu dələduzlara pul,biz millətə isə aldanmaq qaldı.DƏRDİMİZİ KİMƏ DEYƏK ?

    • Esma
      Sentyabr 6, 2024 - 11:52

      Biz müqaviləni ləğv etdik. Qanunu formada. Bu nədi ? Müqavilə başladığımız heç bir il deyil , durub qiyməti qaldırır, yox 100 mbt verəcəkmiş. Sadəcə özbaşınalıq, yyəsizlik, millətin cahilliyindən istifadə edərək cibə girmək. Gedin müqaviləni ləğv edin, bu sizin qanuni hüququnuzdur. İstəmirəm sənin 100 mbt ni. ( heç 50 mbt da deyil verdiyi) canı çıxsın müqavilənin şərtlərinə əməl etsin. Yoxsa internetdən çox internet var. Heç nə məcburi deyil.

  • Hasan
    Sentyabr 4, 2024 - 19:12

    hamksi eledi sebe 5G modemle temin etmemesidir. Birlink abunecisiyem zeng edirem ki modemi deyisin deyir 130m ver deyisek . yeni abunecilere yeni 5g modem verirler kohne abunecileri saymirlar . antisar da hecne etmedi sozde qiymet artimini arasdirirdi

  • Yavuz Eyyubov
    Sentyabr 5, 2024 - 08:04

    25 deyil, 27 manat alırlar. Xalqı aldadırlar.

  • Yavuz Eyyubov
    Sentyabr 5, 2024 - 08:06

    25 yox, 27 manat alırlar.

  • Asif
    Sentyabr 5, 2024 - 19:00

    Salam mende bu yalançı sürətli provayderlerden qurtulmaq istəyirəm. Nece ede bilerem keyfiyyətli sürətli provayder taniyan var? Aztelecom ve Baktelokmun optik xətti sadece yalançılarla doludur. Ne sürət var ne keyfiyyət yalniz saxtakarlıq var.

  • YUSIFOV
    Sentyabr 6, 2024 - 07:51

    Bəli fırıldaqçılıq bunların qanindadir 25 yox 27 AZN alırlar amma sürət elə həminki surətdir

    • Pərvanə
      Sentyabr 6, 2024 - 15:55

      Məndə 27 ödədim

  • Xatirə
    Sentyabr 6, 2024 - 12:03

    25 yox 27 niyə ?Deyirlər Pensiya 30 manat artaraq.İndidən hər şeyin qiyməti dəhşət artıb

  • Haller
    Sentyabr 6, 2024 - 12:13

    Tipik azerbaycan variantidir!!!…ve butun bunlarin bir gunahkari var!!!

  • Ilham
    Sentyabr 6, 2024 - 13:19

    Bizde de ele idi. Sonra shikayet etdim. Duzeltdiler. Gunduz vaxtlari 70-80 Mbt/s, axsham saat 10:00 sonra 100Mbt/s olur

  • Valeh
    Sentyabr 6, 2024 - 17:07

    Mən bilmək istəyirəm hansı əsasa görə məndən 27 azn internet haqqıçıxıldı. Bunu mənə aydınlaşdırın

  • Üzeyir
    Sentyabr 7, 2024 - 02:05

    Nə yalan deyim, mən ən aşağı 100 mbps sürət alıram, bəzən 250 lərə belə çıxır. Köhnə internet xətləri zamanında 3 mbps sürət alırdım. Qiymət aşağı olsa gözəl olardı amma sürətə bir söz deyə bilmərəm bizdə çox yaxşıdı

  • Əkrəm
    Sentyabr 7, 2024 - 18:33

    Bərbad vəziyyətdir.Dərdini deməyə kimsə yoxdur.Bir sözlə soyğunçuluqdur.

  • Eyvaz
    Sentyabr 9, 2024 - 07:18

    Aztelekom rəsmilərinin cavabı məntiqsizdir.surətin zəif olmasının bir səbəbini modemin köhnə versiya olması kimi qeyd ediblər.bizə yeni çəkilib internet, özlərinin keyfiyyətsiz modellərini siradilar camaata,evdə qonşu otaqda zorla tutur internet.qoymadilar özümüz modem alaq.əvvəlki modeminiz bundan əla idi.Necə olur ki yeni modemi bunlar köhnə hesab edirlər? özləri özlərinin cavabını təkzib edirlər.belə olanda ya doğurdan bizə köhnə modemi sınayıblar,ya da yalan danışırlar, cavab verməyə çətinlik çəkirlər.

  • GARACHANTA
    Sentyabr 10, 2024 - 21:38

    Bu məmləkət Böyük Supermarketə çevrilib…kim nə istəyir onu edir…heç bir iqtisadi və texniki əsaslandırma olmadan qiymət artırılır…KƏND TƏSƏRÜFFATI ÖLÜB…TƏHSİL ÖLÜB…ELM ÖLÜB…SƏHİYYƏ ÖLÜB… VƏ İNTERNET CANINI TAPŞIRMAQDADIR…KƏLMEYİ-ŞƏHADƏTİNİ OXUYUR…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*