Ağstafa rayonuna iri həcmli dolu düşüb.
KONKRET.az xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb.
Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib.
Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrinə ziyan vurub.(Report)
