Azərbaycanda işsizlik səviyyəsi azalacaq – Beynəlxalq Valyuta Fondubackend

Azərbaycanda işsizlik səviyyəsi azalacaq - Beynəlxalq Valyuta Fondu

2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.

BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.

Eyni zamanda BVF proqnozlarına əsasən, Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq. Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*