Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 16-na olan statistik göstəriciləri açıqlayıb.
KONKRET.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7656 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 027 685 test aparılıb. Onlardan 38 658-nin cavabı pozitiv çıxıb. İndiyədək 569 nəfər COVID-19-dan dünyasını dəyişib, 36 149 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1940 nəfərdir. 115 nəfər reanimasiyada, 8 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 141 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 151 pasiyent sağalıb.