Azərbaycanda sərxoş kişi 2-ci mərtəbədən yıxılıb öldübackend

Azərbaycanda sərxoş kişi 2-ci mərtəbədən yıxılıb öldü

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. 

KONKRET.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb. O hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*