Azərbaycanın bir gün ərzində tarixi zəfərə imza atdı – Bəzi dövlətlər hələ də şokdadırbackend

Azərbaycanın bir gün ərzində tarixi zəfərə imza atdı - Bəzi dövlətlər hələ də şokdadır

Cəmi bir gün davam edən antiterror tədbirləri Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin darmadağın edilməsilə nəticələndi. Azərbaycan Ordusunun qarşısında aciz qalan silahlı birləşmələr müqavimət göstərməyin mənasızlığını anlayıb təslim oldular və bununla da Azərbaycan Qarabağ üzərində öz suverenliyini tam bərpa etdi.

Dünəndən başlayaraq qanunsuz erməni birləşmələrinə məxsus silah-sursat, hərbi texnika Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan tərəfinə təhvil verilir. Azərbaycanın bir gün ərzində tarixi zəfərə imza atması Ermənistanın havadarlarını əməlli-başlı qıcıqlandırıb və onlar regionda baş verən geosiyasi dəyişiklikləri qəbul etmək məcburiyyətində qalıblar.

Cənub qonşumuz İran da Qarabağdakı hadisələrə biganə qalmayıb və prezident İbrahim Rəisi hadisələrə öz münasibətini bildirib. Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edən İbrahim Rəisi Qarabağdakı antiterror tədbirləri başa çatandan sonra deyib ki, İran regionda geosiyasi vəziyyətin ən kiçik dəyişikliyinə qarşıdır: “İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişələr regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”.

Özünü regionun “ağası” hesab edən İran Cənubi Qafqazda erməni kartından istifadə etməklə öz planlarını həyata keçirmək niyyətindədir. Bu planların ən birincisi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. İkincisi Ermənistanın əli ilə bölgədə təxribatlar törətmək, Azərbaycanı zəiflətmək, ölkəmizin inkişafına mane olmaqdır. Türkiyə ilə quru sərhədlərin açılmasına qarşı  dirəniş göstərən İran Qarabağdakı erməni silahlı birləşmələrinin məhv edilməsində də maraqlı deyildi. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra qondarma rejimə hər cür hərbi dəstək verən İran Azərbaycanın təpkisindən sonra Qarabağa qanunsuz daşınan yüklərin qarşısını aldı. Ötən il isə kəşfiyyat məlumatları İran hərbçilərinin Qarabağda separatçılara təlimlər keçdiyini müəyyən etdi. Ermənistana hərbi-siyasi dəstəyini əsirgəməyən İran vəziyyətin əsaslı dəyişməsini sadəcə seyr edir.

Birgünlük antiterror tədbirlərini İranla məsləhətləşmədən bitirən Azərbaycan bölgənin ən güclü ordusuna malikdir və  öz suveren ərazilərini qorumağa daim hazırdır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*