Bakı Metropoliteni yeni alınan qatarları nə vaxt xəttə buraxacaq? – Rəsmi cavabbackend

Bakı Metropoliteni yeni alınan qatarları nə vaxt xəttə buraxacaq? - Rəsmi cavab

Azərbaycana yeni metro vaqonları gətirilib.

Onların nə vaxt xəttə buraxılacağını dəqiqləşdirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Mətbuat və ictimaiyyətlə əlaqələr | "Bakı Metropoliteni" Qapalı Səhmdar  Cəmiyyəti

Metropoliten rəsmisi KONKRET.az-a açıqlamasında bunları deyib:

“Ölkəmizə 2 qatar gətirilib. Hazırda birində komplektləşdirmə işi başa çatdırılıb və sazlama işləri həyata keçirilir. Digər qatarda da komplektləşdirmə başlayacaq. Bu qayda ilə il ərzində 7 qatar, yəni 35 vaqon xəttə buraxılacaq. Gələn il 20, ondan sonraki mərhələdə isə 10 vaqon istismardan çıxarılacaq. Alınan bütün qatarlar isə müasir tələblərə cavab verir”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*