Yevlaxda Qarabağ əhalisinin taleyi həll olunur və əvvəllər dərc olunmuş sənəd ətrafında danışıqlar aparılacaq.
KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Bir gün əvvəl Qarabağ hakimiyyəti Rusiya sülhməramlılarının atəşkəslə bağlı təklifini qəbul edərək 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində görüş keçirməyə razılaşıb.
Ohanyan bildirib ki, heç kimin belə şərtlərlə razılaşaraq danışıqlara başlayan Qarabağ hakimiyyətini tənqid etməyə haqqı yoxdur: Ermənistan Xankəndini Bakı ilə təkbətək qoyub. Sabiq nazir qeyd edib ki, Bakının ekstradisiyasını tələb etdiyi şəxslərin siyahısı ilə bağlı məlumatlar mövcuddur.
“Lakin danışıqlar gedir və onların nəticələrinə əsasən, çox güman ki, Qarabağ sakinlərinin əksəriyyəti Ermənistana köçəcək”, – Ohanyan bildirib.
O, Bakı və Ankaranın ermənilərə qarşı sülhsevər siyasətini aldadıcı manevr adlandırıb.
“Bu gün biz Ermənistanın Müstəqillik Gününü qeyd etməli idik, lakin hakimiyyətin siyasəti bu günə kölgə salıb”, – sabiq nazir əlavə edib.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan ordusu antiterror tədbirləri həyata keçirib.başlayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
