Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı – VİDEObackend

Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı - VİDEO

Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yolda qazılmış çuxura düşüb.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Cavadxan və Mir Cəlal küçələrinin kəsişməsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, avtomobil yolun hərəkət hissəsindəki çuxurda qalıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda həmin ərazidə olan polis əməkdaşları avtomobillərin hərəkətinə kömək edirlər.

Yolda qazıntının hansı qurum tərəfindən aparılması hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*