Bakıda beton mikseri hərəkəti iflic etdi – VİDEObackend

Bakıda beton mikseri hərəkəti iflic etdi - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlığa səbəb olan tikinti işləri ilə bağlı açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, açıqlamada deyilir:

“Bakı küçələrini qeyri-pik saatlarda belə keçilməz edən səbəblərdən biri də aidiyyəti qurumlar ilə razılaşdırılmadan, heç bir qabaqlayıcı tədbir görülmədən aparılan tikinti işləridir.

Bir az əvvəl Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində aparılan tikinti işləri kimi. Yolun ortasında dayanan beton mikser avtomobili Ə.Ağaoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun hərəkət hissəsini tam zəbt edib.

Tikinti şirkətinin məsuliyyətsizliyi nəticəsində avtomobillər qoşa xəttin tələbini pozmağa məcbur qalır ki, bu da sonda hərəkətin kilitlənməsinə, yol nəqliyyat hadisələrinin baş vermə ehtimalının artmasına, sürücülərin lüzumsuz cərimələnməsinə səbəb olur”.

  • Samir Kamilov
    Noyabr 22, 2021 - 23:43

    Bizdə bütün işlər tərsinədi və buların hamısında bilərəkdən edirlərki millətin əsəsblərin tarama çəksinlər. Görmüşdükkü bu işlər gecə 11-12-dən sonra olur ki yollar boş olur. Amma bizdə bütün işlər gündüz vaxtı görülür və həyat iflic edilir və bularda bilərəkdən edilir. Çünki …….

Samir Kamilov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*