Bakıda fantastik qiymətə üzük satılırbackend

Bakıda fantastik qiymətə üzük satılır

Bakıda ev qiymətinə üzük satılır.

KONKRET.az xəbər verir ki, 11 qram olan üzüyün üzərində təbii əqiq qaşı olduğu bildirilib.

Üzük alıcılara 85 000 manata təklif olunur.

Qeyd edək ki, əqiq daşına çox nadir rast gəlinir. Azərbaycanda əqiqin əsasən Kiçik Qafqazın şimal-şərq dağətəyi hissəsində yerləşən 20-dən artıq yataq və təzahürü məlumdur. Əqiq yataqları Göygöl, Gədəbəy, Qazax, Qubadlı rayonlarında yerləşir. Göstərilən rayonlardan əlavə bir sıra əqiq təzahürləri Şəmkir, Cəbrayıl rayonlarında da məlumdur. Əqiq həmçinin Laçın, Kəlbəcər rayonlarında və bəzi digər məntəqələrdə də aşkar edilib.

Əqiq daşı xoşbəxtlik daşı, uğurun simvolu kimi də tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*