Bakıda restoranda YANĞINbackend

Bakıda restoranda YANĞIN

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları 120 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperaturdan köməkçi otağın lambirdən ibarət tavanı 7 m² sahədə əriyib.

“Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*