Banka və BOKT-a borcu olanların NƏZƏRİNƏ: Pulun qaytarılması üçün yeganə yol…backend

Banka və BOKT-a borcu olanların NƏZƏRİNƏ: Pulun qaytarılması üçün yeganə yol...

Borcunu ödəməyən vətəndaşlara qarşı bank olmayan kredit təşkilatlarının (BOKT) hansı hüquqi mexanizmlərdən istifadə edə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, istər BOKT, istərsə də bank olsun, borcun qaytarılması üçün yeganə qanuni yol məhkəməyə müraciət etməkdir.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Ekspertin sözlərinə görə, borclu şəxsə qarşı iddia yalnız məhkəmə qaydasında qaldırıla bilər və qərarın icrası da yalnız icra məmuru vasitəsilə həyata keçirilir.

Ə.Həsənov qeyd edib ki, banklardan fərqli olaraq BOKT-ların kollektor xidmətlərindən istifadə etməsinə qanunla qadağa qoyulmayıb:

“Banklar qanuna əsasən, məhkəməyədək dövrdə kollektor xidmətlərindən istifadə edə bilməzlər. Çünki bu halda müştəri haqqında üçüncü şəxsə məlumat verilməsi bank sirrinin pozulması deməkdir. Amma BOKT-larda belə məhdudiyyət yoxdur və onlar bu xidmətlərdən yararlana bilirlər.”

Ekspert əlavə edib ki, borclu vətəndaşlar qanunvericiliyi bilmədiklərinə görə, bəzən kollektorların təzyiqlərinə boyun əyirlər:

“Vətəndaşın tam ixtiyarı var ki, kollektorun zənginə cavab verməsin. Əgər o, özü şərait yaratmasa, kollektorların fəaliyyəti heç bir effekt verməyəcək.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*