“Xankəndi terrorçuların mövcudluğu faktını tam qəbul etdi və rus sülhməramlılarının köməyi ilə erməni terrorçularını tərksilah etməyi öz öhdəsinə götürdü. Növbəti addım son otuz ildə terrorçu adı ilə tanınan bir neçə on minlərlə erməninin açıq məhkəməsi olacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni hüquqşünas Levon Baqdasaryan bildirib.
“Belə olan halda qeyd edilməlidir ki, biz son otuz ildə yanlış ideologiyanın daşıyıcısı olmuşuq, Sovet İttifaqının ilk və sonuncu prezidenti olan Qorbaçov erməniləri ekstremist adlandırmaqda haqlı idi. Nəticədə pis siyasət nəticəsində biz Ermənistan dövlətçiliyini itirə, Türkiyə, İran və Rusiyanın bir hissəsi ola bilərik”, – deyə o fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
