Baykonurdakı fəlakət nüvə müharibəsinin qarşısını necə aldı? – MARAQLIbackend

Baykonurdakı fəlakət nüvə müharibəsinin qarşısını necə aldı? - MARAQLI

Ötən əsrin 80-ci illəri SSRİ ilə ABŞ arasında soyuq müharibənin ən qızğın dönəmi idi. “Kommunizmə qarşı səlib yürüşü” elan edən ABŞ prezidenti Ronald Reyqan SSRİ ilə münasibətləri maksimum dərəcədə gərginləşdirdi. 

Cənubi Koreyaya məxsus “Boinq” təyyarəsinin Tatar boğazı üzərində vurulmasından sonra NATO və Varşava Müqaviləsi ölkələri böyük döyüşə hazır görünürdülər. Belə bir vəziyyətdə istənilən qığılcım böyük yanğının başlaması üçün kifayət edirdi. Amma vəziyyət fərqli məcrada inkişaf etdi və Sovet İttifaqında baş verən kosmik fəlakət SSRİ rəhbərliyinin başını qarışdırdı. Hər şeyin bir anın içində baş verdiyi deyilir. 40 il əvvəl 1983-cü il sentyabrın 26-da Sovet mediası kosmos tədqiqatçılarının növbəti uğuru haqqında xəbərlə “sovet xalqını” sevindirməyə hazırlaşdığı bir vaxtda faciə baş verdi. Mətbuat susdu, cəmi iki gün sonra TASS təfərrüatları açıqlanmadan Baykonurda fövqəladə vəziyyət barədə məlumat verdi.

Şıltaq stansiya

1982-ci ilin yazında yeni uzunmüddətli orbital stansiya olan “Salyut-7” orbitə buraxıldı. Elə həmin il Anatoli Berezovoy və Valentin Lebedevdən ibarət ilk uzunmüddətli ekspedisiya onun üzərində uğurla işlədi. İki səfər ekspedisiyası da uğurlu alındı. Bunlardan birinə birinci fransız kosmonavtı Jan-Lup Kretyen, digərinə isə astronavtika tarixində ikinci qadın Svetlana Savitskaya daxil idi.

Problemlər bundan sonra başladı. 1983-cü ilin yazında “Soyuz T-8” Vladimir Titov, Gennadi Strekalov və Aleksandr Serebrovdan ibarət ekipajla birlikdə orbitə çıxdı. Lakin dok sistemindəki problemlər səbəbindən onlar “Salyut 7”yə çata bilmədilər və iki gün sonra eniş etdilər.

1983-cü ilin yayında stansiyada Vladimir Lyaxov və Aleksandr Aleksandrovun ekspedisiyası uğurla işləyirdi. Güman edilirdi ki, onlar sentyabrın 26-da orbitə çıxan Titov və Strekalovla görüşə biləcəklər.

Члены экипажа космического корабля «Союз Т-10-1» (или «Союз Т-10А»), летчики-космонавты СССР: бортинженер Геннадий Михайлович Стрекалов (слева) и командир корабля Владимир Георгиевич Титов. 1983 г.

Qəza klapanı

Gennadi Strekalov daha sonra xatırlayırdı ki, təxminən iki gündən sonra qəribə bir narahatlıq hiss etməyə başlayıb. “Anam telefon danışığı zamanı birdən “Oğlum, uçma”, – dedi. Bu, məni təşvişə salsa da, uçuşdan imtina etmək istəmədim”.

Hər şey normal gedirdi. Buraxılış günü tələb olunan bütün prosedurlar yerinə yetirildi. Uçuşa iki saat qalmış ekipaj pilot kabinəsinə yerləşdirildi. “Başlamaq üçün açar”, – deyə əmr verildi. Lakin bir neçə saniyədən sonra müşahidəçilər raketin sürətlə alovlara büründüyünü qeyd ediblər. Komissiya sonradan müəyyən edib ki, işə başlamazdan bir dəqiqə yarım əvvəl birinci pillə bloku “B” turbonasos qurğularının yanacaq təchizatı sistemində klapan sıradan çıxıb. Yanğın telemetrik məlumatı ötürən kabelləri dərhal məhv edib. Bu da böyük fəlakətə səbəb olub.

«Люди вспыхивали как свечки»:60 лет назад случилась катастрофа на Байконуре

Raketdə güclü titrəmə başlayanda Vladimir Titov təşvişə düşüb və təcrübəli həmkarının da narahatlıq keçirdiyini hiss edib. Artıq onlar ölümlə üz-üzə qalıblar və fövqəladə vəziyyətdən qurtarmaq üçün yalnız buraxılış komandasının peşəkarlığına güvənirdilər.

Belə vəziyyətlər üçün təcili xilasetmə sistemi – SAS mövcuddur. SAS dəfələrlə sınaqdan keçirilsə də, 1983-cü ilə qədər real şəraitdə istifadə edilməmişdi. Səhvlərin qarşısını almaq üçün SAS-ı aktivləşdirmək qərarı iki səlahiyyətli şəxs tərəfindən qəbul edilməlidir. 26 sentyabr 1983-cü ildə bu məsuliyyət Baykonur Kosmodromunun 1-ci İdarəsinin rəisi Aleksey Şumilin və mühəndis-konstruktor Aleksandr Soldatenkovda idi. Mütəxəssislər inanılmaz dərəcədə peşəkarcasına işlədilər – vəziyyəti qiymətləndirdikdən sonra SAS-ın işə salınmasını tələb edən “Dnestr” parolunu təqdim etdilər.

Qorxu içində gülüş

Bu mənzərəni seyr edənlər raketin partladığına, onun qalıqlarının Qaqarin buraxılış meydançasını sıradan çıxardığna sakitcə tamaşa ediblər. Hər kəs şiddətli stress vəziyyətində idi və astronavtların həlak olduğunu düşünürdülər. SAS isə öz işini görürdü.

Titov və Strekalov daha sonra zarafatla deyirdilər: “Bizi Sovet İttifaqı Qəhrəmanı adını almağımızdan  iki saniyə ayırdı”.

Hava gəmisi təxminən 1500 metr yüksəkliyə qalxıb və sonra onlar paraşütlə yerə eniblər. Onlar eniş yerindən başlanğıc mövqedəki yanğını aydın görüblər. Və sonra gülməli vəziyyət yaranıb. Həkimlər Titov və Strekalovu təcili xəstəxanaya yerləşdirmək istəyəndə astronavtlar özlərini əla hiss etdiklərini bildirərək xəstəxanaya getməkdən boyun qaçırdıblar.

“Kosmos səni qəbul etmir”

Yanğının tamamilə söndürülməsinə 20 saat vaxt sərf olunub. Bununla belə, uçuş proqramına düzəlişlər edilib. Lyaxov və Aleksandrov noyabr ayına qədər orbitdə saxlanılıblar və Leonid Kizim, Vladimir Solovyov və Oleq Atkovdan ibarət növbəti ekspedisiya 1984-cü ilin fevralında orbitə çıxıb. Və onların gəmisinə “Soyuz T-10” nömrəsi verilib – təcili buraxılış sadəcə nömrələnmədən silinib.

Космонавты Владимир Титов и Геннадий Стрекалов.

Vladimir Titov xatirələrində yazırdı ki, onun adaşı, Yerin ikinci kosmonavtı German Titov ona istehza ilə baxıb gülərək deyirmiş: “Kosmos səni qəbul etmir, Volodya! Orada yalnız bir Titov ola bilər!”

Lakin kosmonavt 1987-ci ildə “Salyut 7”-də deyil, “Mir”də uzun bir ekspedisiyaya çıxıb. Sonra Titov Amerikan kosmik gəmisində daha iki uğurlu uçuş həyata keçirib.

Gennadi Strekalov isə “Salyut 7” və “Mir”də də uçub. 1990-cı illərdə o, bir neçə il Rusiyanın ən yaşlı kosmonavtı titulunu saxlayıb.

Məkrli “onluq”

Kosmonavtların qaçdığı enmə modulu sonrakı istifadə üçün yararlı elan edilib və o, Leonid Kizim və Vladimir Solovyovun ekipajı ilə “Salyut-7” və “Mir” stansiyaları arasında səyahət edən “Soyuz T-15” kosmik gəmisinin bir hissəsi olaraq orbitə çıxıb. 1987-ci ildə Aleksey Şumilin və Aleksandr Soldatenkov Sosialist Əməyi Qəhrəmanları adına layiq görülüblər. İkinci dəfə təcili xilasetmə sistemi-SAS 35 ildən sonra istifadə olunub və o da işini uğurla yerinə yetirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*