Bir ailənin üç üzvü qəzaya düşdübackend

Bir ailənin üç üzvü qəzaya düşdü

Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.

“Hyundai Elantra” markalı minik maşını ilə “Hyundai Santafe” markalı avtomaşın toqquşub.

Nəticədə “Hyundai Elantra”da olan bir ailənin üzvləri Ağcabədi rayon sakinləri – sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və onun övladları, 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*