“Blogerliyə rəsmi peşə statusu verilsin” – Pyotr Tolstoybackend

“Blogerliyə rəsmi peşə statusu verilsin” - Pyotr Tolstoy

“Blogerliyə rəsmi peşə statusu verilsin”.

KONKRET.az xəbər verir ki, bu təkliflə Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy çıxış edib.

O bildirib ki, Ümumrusiya İqtisadi Fəaliyyət Növlərinin Təsnifatında bu cür fəaliyyətlərə xüsusi kodun verilməsi zəruridir. Onun sözlərinə görə, belə bir addım bu sahədəki özbaşınalığa son qoyacaq.

Rusiya hakimiyyəti “müvafiq tədbirlər” hazırlamaq üçün blogerlərin müxtəlif maraqlarını nəzərə almalıdır. Bundan əvvəl bloqçuluğun rəsmi peşə kimi tanınmasının vacibliyini “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” fraksiyasının rəhbərinin birinci müavini Yana Lantratova da bildirmişdi.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*