ABŞ dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı sessiyasında çıxış edərkən Rusiyanı hərbi cinayətlərdə ittiham edib.
KONKRET.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov zala daxil olub oturan zaman Blinken Rusiyanı hərbi cinayətlərdə ittiham etməyə başlayıb. Blinken Ukraynada olarkən eşitdiyi emossional hadisələrdən danışıb. ABŞ-ın ittihamlarına cavab verən Rusiya XİN rəhbəri Blinkenə dərhal cavab verib və bildirib ki, Ukrayna münaqişəsinə görə məsuliyyəti Qərb dövlətləri daşıyır: “Biz işğal, aqressiya şüarlarını eşidirik. Əsas səbəblər haqqında bir kəlmə də yoxdur”, – deyə Lavrov bildirib. Lavrovun sözlərinə görə, Qərb Rusiyaya qulaq asmayıb və uzun illər onları aldadıb.
Vəli Həsənov,
KONKRET.az
