Böyük Britaniya hökuməti Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı yeni sanksiyalar elan edib.
KONKRET.az xəbər verir ki, RBC-nin məlumatına görə, bu barədə qərar hökumətin rəsmi saytında dərc olunan sanksiya siyahısında yer alıb.
Tədbirlərə aktivlərin dondurulması, trast xidmətləri və nəqliyyat məhdudiyyətləri daxildir.
“Rosneft”ə məxsus və ya idarə olunan gəmilərin Britaniya limanlarına daxil olması, eləcə də təyyarələrinin ölkə ərazisində uçması və enməsi qadağan edilib.
Sanksiyalar həmçinin “Rosneft”in ən böyük səhmdarı olduğu Hindistanın Nayara Energy şirkətini və Britaniya sanksiyalarına məruz qalan gəmilərlə əməkdaşlıq edən Çinin National Pipeline Group Beihai LNG şirkətini də əhatə edir.
Bundan əlavə, Transstroibank, Primsotsbank, BBR Bank və Solid Bank da maliyyə sektorunda fəaliyyətlərinə görə sanksiya siyahısına salınıb.
Müşviq Tofiqoğlu
KONKRET.az