Bu adada pişiklərin sayı insanlardan çoxdurbackend

Bu adada pişiklərin sayı insanlardan çoxdur

Kiprdə vəhşi pişiklərin sayı rekord həddə çatıb.

KONKRET.az xəbər verir ki, oktyabrın 14-də verilən məlumata görə, yerli hakimiyyət orqanlarının hesablamalarına əsasən, hər milyon sakinə təxminən bir pişik düşür.

Kiprin ətraf mühit üzrə komissarı Antonia Teodosiunun bildirib ki, mövcud sterilizasiya proqramı problemin miqyasının öhdəsindən gələ bilmir. Hazırda cəmi 100 000 avro büdcə ilə hər il təxminən 2000 prosedur həyata keçirilir.

“Bu, yaxşı proqramdır, lakin onu genişləndirmək lazımdır”, – rəsmi qeyd edib.

Onun sözlərinə görə, əhalinin sayının indiki artım tempi ilə vəziyyət nəzarətdən çıxa bilər.

Fəallar iddia edirlər ki, pişiklərin faktiki sayı rəsmi hesablamalardan yüz minlərlə çox ola bilər. Onlar səlahiyyətliləri maliyyələşdirməni artırmağa və yerli ekosistemlərə təhlükənin qarşısını almaq üçün məcburi sterilizasiya tədbirləri tətbiq etməyə çağırırlar.

Dəniz Pənahova 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*